Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 7” əməliyyat sistemi populyarlığa görə “Windows XP”-ni ötüb


2012-ci ilin avqustuna olan məlumata əsasən, “Microsoft Windows 7” əməliyyat sistemi (ƏS) populyarlığa görə “Windows XP” ƏS-ni ötüb.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, təxminən üç il əvvəl istifadəyə verilmiş “Windows 7” ƏS-nin bazar payı avqustda 42,76 faiz təşkil edib, halbuki “Windows XP” ƏS-nin payı 42,5 faizə bərabər olub.

“Windows 7” ƏS-nin final versiyası 2009-cu ilin oktyabrında işıq üzü görüb. O andan etibarən bu ƏS-nin 600 milyondan çox lisenziya surəti satılıb.

“Microsoft” hazırda fərdi kompyuter və planşetlər üçün nəzərdə tutulmuş yeni “Windows 8” ƏS-nin hazırlanması üzərindəki işləri bitirir.
 


EMİL





03/09/12    Çap et