“Google” Belçika qəzetlərinə bağlantıları axtarış sistemlərindən silib
“Google” axtarış mühərriki öz serverlərindən alman və fransız dillərində bəzi Belçika dövri nəşriyyatlarına olan bağlantıları silib. Bu barədə “Associated Press” məlumat yayıb.
Beləliklə, “Google” məhkəmənin qətnaməsini yerinə yetirib. Bu ilin may ayında məhkəmə Belçika mətbuatının maraqlarını təmsil edən “Copiepresse” təşkilatının tərəfində olub. Belə ki, “Copiepresse” “Google News” xəbər axtarış sistemini qəzet və jurnal materiallarının qeyri-qanuni istifadəsində ittiham edib, 2006-cı ildə axtarış mühərrikinə qarşı iddia irəli sürüb. Bununla belə, “Copiepresse” “Google” hərəkətlərini tənqid edib, belə ki, bütün resurslardan Belçika nəşrlərinin məqalələrinə bağlantıları silib.
“Google” şirkəti bildirib ki, məhkəmənin qərarına əsasən, axtarış sistemi “Copiepresse” materiallarının hər qeyri-qanuni istifadəsi üçün 35,3 min dollar ödəməlidir. Belə olan halda isə şirkət gələcəkdə cərimələrdən qaçmaq üçün, sadəcə, ehtiyat tədbirləri görməyə qərar verib.
2006-cı ildə “Copiepresse” “Google” şirkətindən Belçika qəzetlərinin materiallarından istifadəyə görə pul ödəməsini tələb edib. 2007-ci ildə birinci instansiya Brüssel Məhkəməsi qəzetin xeyrinə qətnamə çıxarıb, ancaq şirkət ondan şikayət edib. May ayında bildirilib ki, “Copiepresse” “Google” şirkətindən 49,2 milyon avro dəyərində kompensasiya tələb edir.
lenta.ru