Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “iPhone” üçün mobil bank proqramı hazırlanıb
"AzəriCard" prosessinq mərkəzi “iOS” (Apple iPhone smartfonları) əməliyyat sistemlərinin idarəçiliyi altında çalışan qurğular üçün mobil bank proqramı hazırlayıb. Bu barədə "AzəriCard"ın Biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, hazırda distribütiv sınaqdan keçmə mərhələsindədir, sentyabr ayı ərzində istismara veriləcək.
Hazırda proqram “BlackBerry OS” və “Android OS” əməliyyat mühitində tam funksional çalışır.
Proqram kommunal, mobil rabitə, internet xidmətlərinin haqqını ödəməyə, kart ötürməyə, kart itərkən onu bloklamağa, balansı yoxlamağa, hesabdan çıxarış etməyə və s. imkan verir.
Distribütivin funksiyalarına daim əlavələr olunur. Qarşıda kreditlərin ödənilməsinin funksiyasının əlavə edilməsi planlaşdırılır. Bunun üzərində artıq iş aparılır.
04/09/12 Çap et