Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
10 həkimdən 8-ni kompyuterlə əvəz etmək olar
“Sun Microsystems” şirkətinin təsisçilərindən biri Vinod Xosla bildirib ki, müasir tibdə təxminən 10 həkimdən 8-i robotlarla, daha dəqiq ixtisaslaşdırılmış periferiya və geniş tibbi məlumat bazası ilə təchiz edilmiş adi kompyuterlərlə əvəz edilə bilər.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Vinod Xoslanın fikrinə görə, müasir kompyuterlər artıq hazırda həkimlərlə müqayisədə xəstəyə daha sürətli və dəqiq diaqnoz qoya bilər. Xosla bildirib ki, müasir yüksək texnologiyalı sahə qarşısında tibbi-diaqnostika sistemlərinin yeni nəslinin yaradılması üzrə məsələ durur və bunu edə bilənlər bütün müasir tibbi doktrinanı dəyişdirməyi bacaracaq.
İnvestorun sözlərinə görə, İT bazarda yaxın gələcəkdə səhiyyə sahəsində fəaliyyət göstərən özü öyrənən maşınların yeni nəslinin yaranmasını gözləmək lazımdır. Onların qiyməti ilk əvvəl “IBM Watson” superkompyuteri kimi baha olacaq, lakin sonra ucuzlaşaraq kütləvi bazara daxil olacaq.
EMİL
04/09/12 Çap et