Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu günə qədər 2200-dən çox «e-imza» verilib
«Elektron imza» alınması üçün bu günə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzinə (MHM) 2800-dən çox müraciət daxil olub. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə MHM-in Sertifikat xidmətləri şöbəsinin müdiri Arif Maliyev məlumat verib. O bildirib ki, artıq müraciətlərin 2200-dən çoxuna «e-imza» verilib.
Onun sözlərinə görə, bunlardan 150-dən çoxu hüquqi və fiziki şəxslərdir: «Vətəndaşlara isə 400-dən artıq “elektron imza” verilib. Digər «e-imza»lar isə dövlət orqanlarına təqdim olunub. Hazırda da «e-imza»ların verilməsi prosesi davam edir. Bizə edilən müraciətlərə baxılır və sənədlər yoxlanılır».
SEYMUR
04/09/12 Çap et