Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” uşaq əməyindən istifadədə ittiham olunur


"Samsung" şirkəti uşaq əməyindən istifadədə ittiham olunur. Çin fabriklərində əmək şərtlərinə nəzarət edən Amerikanın qeyri-kommersiya təşkilatı müvafiq bəyanat verib.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "China Labor Watch" iddia edir ki, "Samsung" üçün "DVD" pleyer və telefonlar yığan zavodda 16 yaşınadək 7 uşaq çalışır. Koreya şirkəti Çində yerləşən fabrikində yoxlamalar aparacaq. "Samsung" şirkətinin müfəttişləri 250 fabrikə baş çəkəcək və əmək şərtləri haqqında Seul qarşısında hesabat verəcəklər.

"HEG Electronics" müəssisəsi artıq yoxlanılıb. Orada heç bir uşaq tapılmayıb. Lakin iş prosesinin təşkilində bir sıra pozuntular aşkar edilib.




 
EMİL





04/09/12    Çap et