Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Baidu” mobil internetə doğru istiqamət götürüb


Çinin “Baidu” şirkəti bazara mobil brauzer istifadəyə verib və "bulud" sistemlərin yaradılmasına 1,6 milyard dollar dəyərində sərmayə yatırmağa hazırlaşır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bu addım bir qədər gecikmiş kimi görünür: rəqiblərin əksəriyyəti çoxdan bəri mobil interneti ciddi qəbul edirlər. Şirkət hazırda Çinin internet-axtarış bazarının 78.6 faizinə nəzarət edir, “Google”-un payı yalnız 15,7 faiz təşkil edir. Qeyd edək ki, Koreya Xalq Respublikasında internet heç də azad deyil.

“Baidu” söz verib ki, brauzerin telefon və planşetlər üçün optimallaşdırılmış yeni versiyası faylları və səhifələri daha sürətli yükləməyə, həmçinin veb-tətbiqlərdən istifadə etməyə imkan verəcək.



 
EMİL





04/09/12    Çap et