Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin 12 milyon istifadəçisi haqqında məlumat oğurlanıb


“AntiSec” haker qrupu “FTB”-dən (Federal Təhqiqatlar Bürosu) oğurlanmış “Apple” qurğularının  milyondan çox unikal identifikatorunu (UDID) şəbəkədə yerləşdirib. “iPhone” və “iPad” haqqında məlumatlar idarə əməkdaşlarından birinin noutbukunda saxlanılırdı. “AntiSec” iddia edir ki, onlar ad, ünvan və telefon nömrələri daxil olmaqla 12 milyondan çox “UDID” ələ keçirməyi bacarıblar.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “UDID” – bu, hər “iOS” aparata mənimsədilən  rəqəmlərin unikal yığımıdır. İdentifikator yalnız qurğunun özünü deyil, həm də onun sahibini  təyin etməyə imkan verir. Bundan  əvvəl yaradıcılar “UDID” vasitəsilə öz tətbiqlərinin quraşdırılması sayını izləyə bilirdilər.







EMİL





04/09/12    Çap et