Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MTRŞ 5 teleradio şirkətinin lisenziyasının uzadılması məsələsinə baxacaq
Milli Televiziya və Radio Şurası (MTRŞ) ilin sonunadək ölkədə daha 5 teleradio şirkətinin lisenziyasının uzadılması məsələsinə baxacaq. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov danışıb. O bildirib ki, bu il ərzində 6 teleradio şirkətinin televiziya, radio və ya kabel yayımı üçün lisenziyası uzadılıb.
Məlumat üçün onu da bildirək ki, Şura televiziyaların lisenziyalarının uzadılması prosesinə keçən ildən etibarən başlayıb. Ötən il ərzində Azərbaycanda 14 teleradio şirkətinin lisenziyası uzadılıb.
SEYMUR
04/09/12 Çap et