Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“The Pirate Bay” saytının banisi İsveçə ekstradisiya ediləcək
Kamboca hakimiyyəti “The Pirate Bay” saytının banilərindən biri olan Qotfrid Svartholmu İsveçə ekstradisiya etməyə qərar verib. 2009-cu ildə beynəlxalq axtarışa verilmiş 27 yaşlı Svartholm bu həftə Kambocanın paytaxtı Pnompendə həbs edilib.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Kamboca və İsveç arasında cinayətkarların ekstradisiyası haqqında müqavilə imzalanmayıb, ona görə Svartholmun digər ölkəyə göndərilməsi ekstradisiyası istisna deyil. Polisdən verilən məlumata görə, belə qərar hər iki ölkənin hakimiyyəti arasında aparılan danışıqlardan sonra qəbul edilib. Deportasiya tarixi hələ ki təyin edilməyib.
Qeyd edək ki, əsası 2003-cü ilin noyabrında qoyulmuş “The Pirate Bay” ən böyük fayl mübadiləsi saytları sırasına daxil idi. Saytda digər istifadəçilərin kompyuterlərində saxlanılan musiqi, video və digər məzmuna istinadlar yerləşdirilir.
EMİL
05/09/12 Çap et