Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerika ilə Azərbaycan arasında İKT sektorunda əməkdaşlıq perspektivləri müzakirə ediləcək
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) üzvləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edəcək. Ticarət Palatasının yaydığı məlumata görə, sentyabrın 10-da Bakıda keçiriləcək görüş çərçivəsində hökumət və informasiya texnologiyalarının özəl sektoru arasında dialoqun qurulması və münasibətlərin inkişafına yardım məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Tərəflər arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri nəzərdən keçiriləcək.
Görüş Azərbaycanın dövlət sektorunun təşkilatın üzvləri ilə yaxınlaşmasına yardım edən Ticarət Palatasının təşəbbüsü ilə keçiriləcək.
05/09/12 Çap et