Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər telefonlardan superkompyuter yaratmaq istəyirlər
Braunşveyq Texniki Universitetində çalışan alimlər insanların toplaşdığı yerlərdə superkompyuterlərin təşkili üçün telefonlardan istifadə etməyi təklif ediblər. Tədqiqat müəllifləri qeyd edirlər ki, bir mobil qurğu cüzi hesablama qabiliyyətinə (saniyədə təxminən 5.8 milyon hesablama) malikdir, lakin simsiz şəbəkə və “USB” vasitəsilə qoşulmaqla bu məhdudiyyəti aradan qaldırmaq olar.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, alimlərin fikrinə görə, superkompyuterlərin yaradılması üçün kraudsorsinq modelindən istifadə etmək olar, yalnız qarşıya qoyulmuş məsələlərin həlli üçün insanların əvəzinə onların mobil telefonları istifadə olunacaq.
EMİL
05/09/12 Çap et