Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sadələşdirilmiş vergi ödəyicisi onlayn vergi ödəmədə hansı vergi növünü seçməlidir?
Vergilər Nazirliyi vətəndaşların qarşılaşdığı suallara cavab vermək üçün yaratdığı «onlayn sual-cavab bölməsi uğurla fəaliyyətini davam etdirməkdədir. Nazirlik əməkdaşlarının sualları dərhal və əhatəli şəkildə cavablandırması “taxes.gov.az” istifadəçilərinin razı qalmasına səbəb olub.
Nazirliyə müraciət edənlər bu dəfə belə bir sual ünvanlayıblar: «Vətəndaş vergi orqanından sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçib. Xidməti müqavilə üzrə fəaliyyət göstərir. Bu zaman onlayn vergi ödəmədə konkret olaraq hansı vergi növünü - təsnifatı seçməlidir?»
Vergilər Nazirliyi sözügedən suala cavab olaraq bildirir ki, VN-in rəsmi internet səhifəsində «Vergi və dövlət rüsumlarını hara köçürməli» adlı bölməsində «Tədiyələrin büdcə təsnifat kodları» yerləşdirilib: «Həmin təsnifata uyğun olaraq 114323 olan «Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi» seçilməlidir.
Eyni zamanda zərurət yarandıqda vətəndaşlar Nazirlər Kabinetinin 6 oktyabr 2004-cü il tarixli, 149 nömrəli «Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə» Qərar ilə təsdiq edilmiş 1 nömrəli «Büdcə gəlirlərinin təsnifatı» adlı Əlavəsi ilə səhifəmizin «Qanunvericilik» bölməsindən tanış ola bilərlər».
SEYMUR
05/09/12 Çap et