Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Braziliya “Facebook”u cərimələyəcək
Braziliya prokurorluğu resursun bir sıra istifadəçiləri haqqında informasiyanı təqdim etmədiyinə görə “Facebook” sosial şəbəkəsinin yerli ofisini cərimələmək niyyətindədir. Cərimənin məbləği 750 min Braziliya realı (təxminən 380 min ABŞ dolları) təşkil edə bilər.
“ICTnews.az” elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, prokurorluq əməkdaşlarının sözlərinə görə, “Facebook”un Braziliyada yerləşən nümayəndəliyi iki həftədən çox müddət ərzində sosial şəbəkənin uşaqbazlıq haqqında işin araşdırılması çərçivəsində soruşulmuş istifadəçiləri haqqında şəxsi informasiyanın təqdim edilməsi haqqında yerli məhkəmənin çıxardığı qətnamənin tələblərini yerinə yetirmir.
“Facebook”un Braziliyada yerləşən ofisinin əməkdaşları isə öz növbəsində iddia edirlər ki, resursun yerli nümayəndəliyi reklam məsələləri ilə məşğul olur və şəxsi informasiyaya çıxış imkanına malik deyil.
Lakin polis onların dəlillərini tutarsız hesab edib, çünki istifadəçilərin şəxsi məlumatlarını ABŞ-da saxlayan “Google” və “Yahoo!” kimi digər internet-şirkətlər bu informasiyanı hüquq-mühafizə orqanlarına təqdim ediblər. Bundan sonra “Facebook”un Braziliyada yerləşən ofisinin əməkdaşları lazımi məlumatların ölkənin paytaxtında yerləşən Amerika səfirliyinə təqdim edilməsi barədə polisə xəbər veriblər.
EMİL
05/09/12 Çap et