Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Chrome” brauzeri bazarda mövqeyini gücləndirir
“Net Applications” şirkəti fərdi kompyuter (FK) və mobil qurğular üçün brauzer bazarı üzrə avqust ayına olan statistikanı elan edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “İnternet Explorer” FK üçün ən populyar brauzer olaraq qalır: avqust ayında onun bazar payı 53,60 faiz təşkil edib. 20,05 faiz bazar payına malik “Firefox” brauzeri ikinci yerdə qərarlaşıb. Müqayisə üçün bildirək ki, 2011-ci ilin avqustunda bu brauzerin bazar payı 20,16 faiz təşkil etmişdi.
19,13 faiz bazar payına malik “Chrome” brauzeri üçüncü yerdə qərarlaşıb. 2011-ci ilin avqustunda bu brauzerin bazar payı 15.51 faizə bərabər olmuşdu.
Sonrakı yerlərdə “Safari” (5.10 faiz) və “Opera” (1.58 faiz) brauzerləri yer alıb.Mobil seqmentdə lider 66,43 bazar payına malik “Safari” brauzeridir.
EMİL
05/09/12 Çap et