Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sakit okeanda daha bir internet-magistral fəaliyyətə başlayıb


Sakit okeanda məlumatları planetimizin qərb və şərq hissələri arasında ötürən daha bir kabel sistemi fəaliyyətə başlayıb. “Pasific Islands Forum” forumu çərçivəsində “Hawaiki Cable” adlı yeni kabel optik-lif sisteminin nümunə istismarına verilməsi haqqında bildirilib. Bu sistem Avstraliya və Yeni Zelandiyadan kiçik Sakit okean adaları şəbəkəsi vasitəsilə Havayadək uzanır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, kabel sisteminin çəkilməsi üzərində 3 ildən çox iş aparılıb, həm də bütün bu vaxt ərzində kabelin çəkilməsi haqqında heç bir məlumat verilməyib. Sistemin istehsalçıları yalnız bu yaxınlarda bildiriblər ki, layihənin əsas ideoloqlarından biri olan “Pasific Fibre” müflis olub və hazırda yeni investor axtarmaq lazım gəlir. Buna görə də layihə haqqında məlumatlar açılır.Yeni kabel sisteminin keçirtmə qabiliyyəti təxminən 8 Tbayt/san  təşkil edir.




EMİL





05/09/12    Çap et