Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
EHDİS-ə qoşulan qurumların sayı 30-u ötüb
Hazırda "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) 31 dövlət qurumu "Partnyorlar" kimi fiziki olaraq qoşulub. Bundan əlavə "Dövlət qulluqçuları" portalında 26 qurumun 133 xidməti, vətəndaşlar üçün nəzərdə tutulan portalda isə 26 qurumun 129 xidməti yerləşdirilib.
"ICTnews" elektron xəbər xidmətinin "ehdis.az"a istinadən verdiyi məlumata görə, bu dövlət qurumlarından Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Müdafiə Sənayesi, Səhiyyə, Sənaye və Energetika nazirliklərini, AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı, Gömrük, Əmlak Məsələləri Dövlət komitələrini, "Azərsu" ASC-ni və başqalarını qeyd etmək olar. Yeni qurumların EHDİS-ə qoşulma prosesi isə davam etdirilir.
Bununla yanaşı, "Elektron Xidmətlər Reyestri" layihəsi də hazırlanıb. Layihənin məqsədi müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid reyestrinin yaradılmasıdır.
CAHANGİR
05/09/12 Çap et