Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Prezident Administrasiyasında elektron sənəd dövriyyəsinin təşkili sektoru yaradılır
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında elektron sənəd dövriyyəsinin təşkili sektoru yaradılır. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
“ICTnews” elektron xəbər xidmətinin Prezidentin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, sərəncama əsasən, "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” hissəsində “Dəftərxana (sektor hüququnda)” bəndindən sonra aşağıdakı məzmunda bənd əlavə edilir:
“Elektron sənəd dövriyyəsinin təşkili sektoru
Ştat vahidi - 5”.
CAHANGİR
05/09/12 Çap et