Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” “Asiyanın ən uğurlu işəgötürən şirkəti” adına layiq görülüb


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Asiyanın ən uğurlu işəgötürən brendi 2012” mükafatına layiq görülüb. Bu barədə şirkətdən “İCTnews”-a verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, Sinqapurda baş tutan rəsmi təqdimat mərasimində “Asiyanın ən uğurlu işəgötürən brendi” nominasiyası şirkətin nümayəndəsinə təqdim olunub.

Tədbirdə Asiyanın 19 ölkəsindən olan  təşkilatlar və şirkətlər yeni ideya, üsul və inkişafa görə təltif ediliblər. “Asiyanın ən uğurlu işəgötürən brendi 2012” mükafatı “Bakcell”in növbəti böyük uğurudur. Əməkdaşlarının peşəkar inkişafına çox böyük diqqət yetirən şirkət bu mükafatı qazanmaqla ölkənin İKT sektorunun ən uğurlu işəgötürənlərindən biri olduğunu bir daha sübut edib.
 
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan “Bakcell”, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

“Bakcell”in insan resursları strategiyasının əsas hədəflərindən biri Azərbaycanın işəgötürənləri arasında bir nömrəli seçim olmaqdan ibarətdir. Bu isə o deməkdir ki, “Bakcell” müvafiq biznes strategiyalarına dəstək göstərən təcrübələri həyata keçirib işçilərlə davamlı münasibət qurmaqla digər şirkətlərdən fərqlənir. “Bakcell”in əməkdaşlarının peşəkar inkişafına çox ciddi önəm vermək fəlsəfəsi mükafat komissiyası tərəfindən yüksək qiymətləndirilib.

“Asiyanın ən uğurlu işəgötürən brendi” mükafatı “Bakcell” üçün İKT sektorunda öz aparıcı mövqeyini bir daha nümayiş etdirmək üçün gözəl bir platformadır. “Bakcell” bundan sonra da İKT sektorunda innovasiyalar tətbiq etmək imkanına malik olan istedadlı şəxsləri üzə çıxarıb Azərbaycanda yeni iş yerlərinin yaradılması üçün əlindən gələni edəcək.

RƏVAN





05/09/12    Çap et