Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir


Sabah İstanbul Ticarət Palatasının və Türkiyə Telekommunikasiya Qurumunun (TTQ) birgə təşkilatçılığı ilə TTQ-nin baş direktoru Tayfun Acarerin rəhbərlik etdiyi informasiya texnologiyaları sahəsi üzrə iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri baş tutacaq.
Səfərin məqsədi hər iki ölkə arasında informasiya texnologiyaları sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, ayrı-ayrı şirkətlər arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır.
Səfər çərçivəsində nümayəndə heyətinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyi ilə görüşü və “Avropa” otelində hər iki ölkənin İKT nümayəndələrinin iştirakı ilə tədbir keçirilməsi nəzərdə tutulur.




24/05/11    Çap et