Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyəti yaxşılaşdırılır


Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2011-ci ilin I yarımilliyi ərzində “Teleradio” İB tərəfindən 39 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilmiş, habelə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”nın icrası istiqamətində işlər həyata keçirilmişdir.
Bununla yanaşı, 2011-ci ilin I yarımilliyi ərzində DRİ tərəfindən daxil olunmuş müraciətlərə uyğun olaraq 377 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilmiş və dövlət qeydiyyatından keçməyən 692 ədəd REV aşkarlanmışdır. Onlardan 214 ədədi möhürlənmiş, 302 ədədi isə qeydiyyata salınmışdır. Hesabat dövründə Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarına müvafiq olaraq 29 hüquqi və fiziki şəxslərə tezlik ayrılmış, 2400 ədəd yeni REV isə qeydiyyata alınmışdır.




19/07/11    Çap et