Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Akademik Telman Əliyevin “Noise Technologies for Minimization of Damage Caused by Earthquakes” adlı kitabı çap olunub


Lambert Akademik Nəşriyyatında AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevin “Noise Technologies for Minimization of Damage Caused by Earthquakes” adlı kitabı çap olunub.

Kitabda istismarı dayandırılmış neft quyularının ağzında yerləşdirilmiş akustik vericilərin (hidrofonların) köməyi ilə yerin dərin qatlarından alınan seysmoakustik informasiyanın alınması texnologiyası və sistemi təklif olunur. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Kibernetika İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, tikinti obyektlərinin seysmodayanıqlığının vəziyyəti haqqında informasiya, binanın həssas nöqtələrində quraşdırılmış vericilərdən lokal sistemə ötürülür.

Sistemin serverində həm seysmoskustik, həm də bütün lokal sistemlərdən alınan informasiyanın “Robast Noise” analizi əsasında anomal seysmik proseslərin başlanması anının və nisbətən həssas tikinti obyektlərinin seysmodayanıqlığının dəyişməsinin monitorinqi həyata keçirilir: “Kitab professor Telman Əliyevin ümumi rəhbərliyi və redaksiyası altında kollektiv əməklə yerinə yetirilib. Hər bir bölmənin başlanğıcında onun müəllifləri qeyd edilib”.

HƏQİQƏT





06/09/12    Çap et