Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bolqarıstanda kibertəhlükəsizliklə bağlı regional forum keçiriləcək


Cari ilin oktyabrın 23-25 tarixlərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və İMPACT tərəfindən kibertəhlükəsizliklə bağlı regional forum keçiriləcək. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sözügedən forum Bolqarıstanın Sofiya şəhərində Avropa və Müstəqil Dövlətlər Birliyi (MDB) üçün düzənlənəcək: «Foruma Azərbaycan nümayəndələri də dəvət olunub. Tədbirdə əsasən kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və müxtəlif ölkələrdən gəlmiş Təcili Tədbir mərkəzlərinin təcrübə mübadilələri məsələləri müzakirə predmeti olacaq».





SEYMUR





06/09/12    Çap et