Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada hər gün təxminən 1,3 milyon “Android” qurğu aktivləşir


Dünyada hər gün “Google” şirkəti tərəfindən hazırlanmış “Android” platformasında təxminən 1,3 milyon qurğu aktivləşir və iki ay ərzində bu göstərici təxminən 300 min artıb. Bu barədə “Motorola Mobility” şirkətinin yeni smartfonlarının təqdimatı zamanı “Google”-un Direktorlar şurasının sədri Erik Şmidt bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, 2012-ci il iyunun sonunda şirkətin top-meneceri Hyuqo Barra (Hugo Barra) “Google I/O” konfransında “Android” cihazların gündəlik aktivləşdirmələrinin sayının 1 milyonu ötdüyünü qeyd etmişdi. 2011-ci ilin dekabrından etibarən bu göstərici praktik olaraq ikiqat artıb.

Dünyada aktivləşdirilmiş “Android” qurğuların ümumi sayı 500 milyonu ötüb.“Gartner” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin ikinci rübünün nəticəsinə görə, “Google Android” platforması smartfon bazarının 64 faizdən çox hissəsinə nəzarət edir. Lakin platforma planşet bazarında “Apple iOS”-a uduzur.

 
EMİL





06/09/12    Çap et