Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prosessorlarda enerji sərfiyyatı iki dəfə azaldılacaq


“İntel” korporasiyası dördüncü nəsil “Core” prosessorlarını təqdim etməyə hazırlaşır. Şirkət hazırkı “Ivy Bridge” çiplərini əvəz edəcək “Haswell” haqqında bir həftə sonra keçiriləcək “İntel Developer Forum 2012” konfransında danışacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, enerji sərfiyyatına qənaət edən “Haswell” çipləri planşet və mini-klaviatura qoşulduqda netbuka çevrilən qurğulara quraşdırılmaq üçün nəzərdə tutulub. “İntel” korporasiyası yeni seriyanı 22 nanometr texnoloji proses üzrə hazırlayacaq. Prosessorlar iki və ya dördnüvəli konfiqurasiyada əlçatan olacaqlar.“Haswell” çipləri ”Ivy Bridge” ilə müqayisədə enerjiyə iki dəfə  qənaət edir.





EMİL





06/09/12    Çap et