“Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılıb
2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, “Bir şagird - bir kompyuter” layihəsi çərçivəsində 2000 nəfər şagirdə netbuk verilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil Mərkəzi yaradılıb və müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün “
www.mesafedenmekteb.edu.az” təhsil portalı istifadəyə verilib. Daha 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulub.
Bununla da Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulmuş məktəblərin sayı 1200-ə çatdırılıb. 1300 nəfər pedaqoji işçi İKT-nin tədrisdə tətbiqi sahəsində təlimlərdən keçirilib. Bununla da “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təlimlərdən keçən pedaqoji işçilərin ümumi sayı 76980 nəfərə (52 faiz) çatdırılıb.
HƏQİQƏT