Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda bütün yaşayış məntəqələrinin optikləşdirilməsi başa çatmaq üzrədir


"Aztelekom" İB regionlarda bütün yaşayış məntəqələrinin optikləşdirilməsi istiqamətində ümumilikdə uzunluğu 3,5 min kilometrdən çox olan optik-lif xəttin çəkilməsini hədəfləyib. Artıq işlər yekunlaşmaq üzrədir. 

"Aztelekom" bu magistralın müəyyən hissəsinin tikintisini öz üzərinə götürüb, tikintinin qalan hissəsini isə digər  provayderlər həyata keçirir. Söhbət 47 rayonun kənd və qəsəbələrinin optikləşdirilməsindən gedir.

"Bölgələrdə İnternetin İnkişafı Konsepsiyası"na uyğun olaraq həyata keçirilən böyük layihələrin nəticəsi onu deməyə əsas verir ki, yaxın vaxtlarda bütün abunəçilər qlobal şəbəkəyə çıxış imkanı əldə edəcək. Bu da Azərbaycanın nəinki MDB məkanında, hətta dünyada lider ölkəyə çevrilməsinə şərait yaradacaq.






RƏVAN




06/09/12    Çap et