Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər “Sony”-dən nə istəyir?
"Sony" şirkətinin mobil qurğularından istifadə edənlər haker hücumuna məruz qalıblar. Şirkətdən bildiriblər ki, kibercinayətkarlar Çin və Tayvanda təxminən 400 istifadəçinin elektron poçt ünvanını ələ keçiriblər.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, hakerlər "Sony"-nin serverlərini "qırmayıblar".
Onlar hesabları kənar ofislərin kompyuterləri vasitəsilə ələ keçiriblər. Həmin kompyuterlərdə satışların həcminin artırılması və ya müxtəlif aksiyaların keçirilməsi məqsədi ilə bəzən "Sony" müştəriləri haqqında informasiya saxlanılır.
"NullCrew" adlı haker qrupu hücum üçün məsuliyyəti öz üzərinə götürüb və bildirib ki, onlar elektron poçt ünvanları və istifadəçi adlarından savayı, müştərilərin kredit kartları ilə bağlı məlumatları ələ keçiriblər. Lakin bu informasiya təsdiqlənməyib. Şirkətin mətbuat katibi Corc Boyd bildirib ki, "Sony" hələ ki haker hücumunun mənbəyini təyin etməyib.
EMİL
06/09/12 Çap et