Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezidentin rəsmi internet saytında Ramil Səfərovla bağlı bölmə yaradılıb


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi internet saytında Milli Ordunun zabiti Ramil Səfərovla bağlı ayrıca bölmə yaradılıb. “ICTnews” elektron xəbər xidməti  Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, həmin bölümdə vətəndaşların Ramil Səfərovla bağlı  Prezidentə yazdığı  təşəkkür məktubları yerləşdirilib.

Qeyd edək ki, Ramil Səfərov 2004-cü ildə  Macarıstanın paytaxtı Budapeşt şəhərində  NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində kursda olarkən,  həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası almışdı.

Milli Ordumuzun zabiti bu ilin 31 avqustunda Azərbaycana ekstradisiya olundu və həmin gün Prezident İlham Əliyev Ramil Səfərovla bağlı əfv sərəncamı imzaladı. 



RƏVAN






06/09/12    Çap et