Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Yandeks. Disk" artıq hamı üçün əlçatandır


"Yandeks.Disk" xidmətində artıq hamı qeydiyyatdan keçə bilər. Bundan əvvəl "bulud" fayl anbarında hesabı yalnız dəvət yolu ilə əldə etmək mümkün idi. İstifadəçilərə məlumatlarının saxlanılması üçün 10 QB disk sahəsi ayrılır. Dostları dəvət etməklə disk sahəsini 20 qiqabayta qədər artırmaq olar.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, "Yandeks.Disk" xidməti 2012-ci ilin aprelində istifadəyə verilib. Xidmət faylı bir qurğuda (məsələn, fərdi kompyuter)  saxlamağa və onu digər qurğuda (smartfon və ya planşet) açmağa imkan verir. Bir faylın ölçüsü 2 qiqabaytı ötməməlidir. "Disk" beta-test mərhələsində olan zaman xidmətə 400 mindən çox istifadəçi qoşulub.

"Yandeks" şirkəti, həmçinin "Disk" xidməti üçün mobil tətbiqlərin istifadəyə verilməsini elan edib. Tətbiqi “iPhone” və “Android” qurğuların sahibləri quraşdıra bilərlər.



 
EMİL





07/09/12    Çap et