Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“USB 3.0” dəstəkli ən kiçik sərt disk istehsal edilib


“Western Digital” (WD) şirkəti “USB 3.0” dəstəkli ən kiçik xarici sərt disk təqdim edib. Yeni 500 qiqabaytlıq “WD My Passport Edge” həm fərdi kompyuter (FK), həm də “Mac” ilə işləyir və ölçüləri 11x8,1x1,1 sm təşkil edir. Yenilikdə məlumatların ötürülmə sürəti 5 qiqabitə bərabərdir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sərt disk zərbəyə davamlı alüminium korpusda hazırlanıb və məlumatların aparat tərəfindən şifrələnməsini dəstəkləyir.

Bundan əlavə onu “Apple” kompyuterlərində “Time Mashine” funksiyası üçün xarici daşıyıcı kimi istifadə etmək olar. Avtomatik arxiv surətlərinin yaradılması üçün disklə birlikdə “WD SmartWare” proqram təminatı tədarük olunur.Yeni sərt disk FK üçün 110 dollar, Mac üçün 120 dollara başa gəlir.




EMİL





07/09/12    Çap et