Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” Cənubi Koreyada fəaliyyətini bərpa edib


“Google” şirkətindən verilən məlumata görə, “YouTube” videoportalı fəaliyyətini yenidən Cənubi Koreya ərazisində tamamilə bərpa edib. Artıq bu ölkənin istifadəçiləri üçün video yüklənməsi və şərh açıqdır.

Bundan əvvəl ölkə hakimiyyətinin qəbul etdiyi qanuna əsasən, Cənubi Koreyada internetdə materialların anonim yüklənməsi, həmçinin uydurma təxəllüslərlə  onlara şərh yazılması qadağandır. Nəticədə, “YouTube” və bir sıra digər internet-layihələr Koreya istifadəçiləri üçün faktiki olaraq bloklandı.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, çıxarılmış bu qərardan sonra internet-şirkət Cənubi Koreyanın Konstitusiya Məhkəməsində iddia qaldırıb. Məhkəmənin çıxardığı qərara əsasən, internet istifadəçilərinin onların həqiqi adları üzrə yoxlanması haqqında qanun konstitusiyaya ziddir və təcrübədə tətbiq edilə bilməz.

“Google”-dan verilən məlumata görə, hazırda “YouTube” videoportalı fəaliyyətini qanunun bloklanması sayəsində tamamilə bərpa edib.
 
EMİL





07/09/12    Çap et