Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycanda İnformasiya Texnologiyaları: “Azərbaycan 2020- Gələcək İnkişaf” mövzusunda müzakirələr aparılacaq


Amerika Ticarət Palatasının dəstəyi ilə  (AmCham) "Mariot Abşeron" otelində "Azərbaycanda İnformasiya Texnologiyaları: "Azərbaycan 2020- Gələcək İnkişaf" mövzusunda müzakirələr aparılacaq. Bu tədbirdə "AmCham"ın üzv şirkətlərinin rəhbərləri və  əməkdaşları iştirak edəcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Amerika Ticarət Palatasından məlumat verilib.

Qurumdan bildirilib ki, görüş sentyabr ayının 10-u, saat 16:00-da baş tutacaq: "Görüşün məzmunu "Azərbaycanda İnformasiya Texnologiyaları: "Azərbaycan 2020- Gələcək İnkişaf" konsepsiyasına nəzərən mövcud vəziyyət və gələcək inkişaf perspektivləri’nin müzakirəsindən ibarət olacaq. Tədbirin əsas məqsədi hökumətin İT sektorunda inkişafı təşviq etmək üçün atdığı addımlar haqqında palata üzvlərinə ətraflı məlumat vermək, habelə, özəl biznes sektoru ilə dövlət strukturu arasında açıq müzakirələr aparmaq üçün fürsət yaratmaqdır".

Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatası  biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılan "AmCham" Azərbaycanın bütün sektorlarında fəaliyyət göstərən 240 tam üzv və müxbir üzvü özündə birləşdirir: "Biz Azərbaycanda bütün xarici investisiyaların 80 faizini və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edirik.

Bizim sahə komitələri vasitəsilə üzvlərimiz məlumat mübadiləsi aparmaq, ümumi maraq doğuran məsələlər qaldırmaq və mümkün həllər təklif etmək imkanı alır. "AmCham" üzvləri, şirkətləri və təşkilatları üçün Azərbaycanda və ABŞ-da geniş biznes məlumatı və əlaqələr şəbəkəsinə çıxış imkanı təmin edilir".
 
HƏQİQƏT





07/09/12    Çap et