Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron ticarət bazarının həcmi 1,1 milyon dollardan çox təşkil edib
2012-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz çox istehlak malları satılıb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
İstehlak mallarının 1,4 milyard manatı hüquqi şəxslərin, 5,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 4,5 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub.Elektron ticarətin həcmi 905,1 min manat olub.
Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 6,2 milyard manatı ərzaq məhsullarının, 4,8 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
08/09/12 Çap et