«Karel» Azərbaycandakı fəaliyyətini genişləndirməyə davam edir
«Karel» Azərbaycandakı fəaliyyətini genişləndirməyə davam edirAzərbaycan telekommunikasiya infrastrukturunun yeniləşməsində mühüm rol oynayan Türkiyənin «Karel» şirkəti Azərbaycandakı fəaliyyətini genişləndirməyə davam edir. "Karel"in Azərbaycanda fəaliyyəti ilə bağlı şirkətin Avropa, Amerika Birləşmiş Ştatları, Şimali Afrika və MDB bölgələrindən məsul satış direktoru Mətin Cebeci danışıb.
Mətin bəy, "Karel" şirkətinin fəaliyyəti ilə bağlı nələri xüsusi qeyd etmək olar?
-«Karel», 1986-cı ildə xüsusi dizaynlarıyla, Türkiyədə elektron telefon stansiyası bazarını yaratmış, bu bazara PBX məhsulları qazandırmış və Türkiyənin rabitə sahəsində elektromexanik sistemlərdən elektron xəbərləşmə sistemlərinə keçməsində qabaqcıl olmuşdur. «Karel», rabitə elektronikası sahəsində Türkiyənin ən inkişaf etmiş "Ar-Gesinə" və dünya standartlarına uyğun, istehsal təsis və standartlarına sahibdir. 1990-cı ildən etibarən beynəlxalq bazarlarda satış fəaliyyətləri göstərməyə başlayan və indiki zamanda 30-dan çox ölkəyə məhsul və texnologiya ixrac edən «Karel», beynəlxalq araşdırma təşkilatları tərəfindən Avropanın ən böyük 3, dünyanın isə ən böyük 15 PBX istehsalçısından biri olaraq göstərilməkdədir. Bu gün dünyada 9,5 milyondan çox insan korporativ ünsiyyətini «Karel» stansiyaları üzərindən həyata keçirir. Türkiyədə iş yeri xəbərləşmə trafikinin təxminən 50%-i, Orta Şərq və Afrika bölgəsində isə iş yeri xəbərləşmə trafikinin 10%-dən çoxu «Karel» sistemlər üzərindən reallaşmaqdadır.
Bu inkişafların təməlini «Karel»in araşdırma-inkişaf etdirmə fəaliyyətlərinə verdiyi əhəmiyyət təşkil edir. «Karel» Türkiyənin bu çərçivədə ən inkişaf etmiş, ən çox məlumat təcrübəsinə sahib, ən sistematik Ar-Ge mərkəzlərindən birinə malikdir. Ümumilikdə 1200-dən çox işçi heyəti ilə yanaşı «Karel» Ar-Ge təsislərində yeni sistem və məhsul inkişaf etdirmə fəaliyyətlərini 150-dən çox mühəndis heyəti ilə icra etməkdədir.Texnologiyanın son dərəcə sürətli inkişafı zamanında yeni və şüurlu texnologiyalar inkişaf etdirə bilmək və bunları satılan məhsullara çevirərək bazara təqdim etmək həyati əhəmiyyət daşımaqdadır. Bu səbəblə, güclü Ar-Ge qabiliyyətlərinə sahib olmaq quruluşundan etibarən «Karel»in birinci prioriteti olmuşdur. «Karel», uzun illərdir istehsaldan qaynaqlanan konsolidə satış dövriyyəsinin ortalama 12%-ni Ar-Ge xərcləri üçün ayırır.
Mətin bəy, məhsullarınız haqda məlumat verə bilərsinizmi?
-«Karel», əsas fəaliyyəti olan telekommunikasiya mövzusunda müxtəlif texnologiya, xüsusiyyət və tutumlarda naqilli və naqilsiz rabitə sistemləri inkişaf etdirməkdə, istehsal etməkdə və bu məhsulları yer aldığı bazarlarda satmaqda və satış sonrası xidmət təşkilatlarını gerçəkləşdirməkdədir. Məhsul çantamızda yerli telekommunikasiya şəbəkələrində istifadə edilən EATS avadanlıqlarımızla yanaşı, korporativ müştərilərimiz üçün məhsul və çözümlərimiz də yer almaqdadır.
Yüksək texnologiyaya malik Ümumiləşdirilmiş Kommunikasiyalar həlləri (Unified Communications) məhsulumuz «Karel»in amerikalı partnyoru ilə qlobal birgə əməkdaşlıqla inkişaf etdirdiyi, fərqli ünsiyyət vasitələri və tətbiqlərini optimal şəkildə bir araya gətirən, ünsiyyətin iş proseslərinə daxil edilməsinə imkan verən bir ünsiyyət platformasıdır. Ümumiləşdirilmiş Kommunikasiyalar, səs, görüntü, konfrans, vəziyyət məlumatı, anlıq mesaj, səsli mesaj, faks, e-poçt və mobilliyin bir araya gəlməsini ifadə edir. Ümumiləşdirilmiş Kommunikasiyalar sayəsində çalışanlar öz aralarında, müştərilərlə və tədarükçülərlə ən məhsuldar üsulla ünsiyyət qura bilər və iş müddətlərini optimallaşdıra bilərlər. «Karel» Ümumiləşdirilmiş Kommunikasiyalar Platforması UCAP, kiçik tutumlardan 50.000 istifadəçiyə qədər dəyişdirilə bilən əhatəli bir korporativ ümumiləşdirilmiş ünsiyyət həllidir. Bu platformanın istifadəçilərinə təqdim etdiyi ən əhəmiyyətli faydalar: iş proseslərində məhsuldarlıq artımı, üstün texnologiyasına baxmayaraq istifadə asanlığı, digər İT sistemləri ilə inteqrasiyalı işləməsi və ən əhəmiyyətlisi rəqabətdəki bənzər xüsusiyyətli digər həllər ilə müqayisədə uyğun maliyəti.
Məhsul qruplarımızdan Stansiya və Terminallar, müəssisələrin fərqli ünsiyyət ehtiyaclarını qarşılamaq məqsədilə yaradılmış, məlumat, görüntü və səs trafikinin tək nöqtədən nəzarəti və idarəetməni təmin edən, bir çox ünsiyyət funksiyasını tək quruluş altında bütövləşdirən yeni nəsil İP, rəqəmsal və analoq stansiyaları və bu stansiyalarda istifadə edilən telefon, faks və s. terminalları ehtiva edir. Stansiyalarımız ən kiçikdən ən böyüyə fərqli miqyasdakı şirkətlərin fərqli ehtiyaclarını düşünərək hazırladı.
Kiçik, orta və böyük ölçülü müəssisələr üçün hazırlanan stansiyalarımız bu müəssisələrin ehtiyaclarına aşağıdakı ortaq üstünlüklərini təqdim edir. Ümumi əhatədə stansiyalarımız ünsiyyət xərclərini 40%-ə çatan nisbətlərdə azaldır, ünsiyyət məhsuldarlığını artırır, genişləndirmə imkanlarının və inkişafa açıq, mobil çalışanlar, uzaq ofis və şöbələrarası əməkdaşlığı artırır və korporativ sistemlərlə inteqrasiyalı şəkildə çalışa bilir.
Bazara təqdim etdiyimiz terminallar da müəssisələrin fərqli ehtiyaclarına cavab vermək məqsədilə hazırlandı və inkişaf etdirildi. Bu qrupdakı məhsullardan bir neçəsi haqqında qısaca məlumat verim:
Görüntülü danışma dəstəyi təmin edən, 4,3 inch geniş rəngli LCD TFT sensorlu ekrana sahib, bluetooth dəstəyi olan, HD səs keyfiyyəti ilə iş dünyasının "ağıllı" telefonu şəklində təqdim edə biləcəyimiz telefonlar.
Səsli danışıq, videokonfrans, anlıq mesajlaşma və vəziyyət təqibi kimi fərqli ünsiyyət ehtiyaclarının eyni anda həllini təmin edən, istifadəçilərin daxili nömrələri ilə internet olan hər yerdən hər an ünsiyyət qurula bilməsini təmin edən, bu sahədə şirkətin hərəkətli işçilərinə ünsiyyəti asanlaşdıran və ünsiyyət xərclərini azaldan proqram təminatı şəklində telefonlar.
Sürətlə istifadəsi artan "ağıllı" cib telefonlarının da korporativ ünsiyyətə inteqrasiya edilməsini təmin edən, "Android" və "iOS" əməliyyat sistemlərində işləyə bilən "Karel Mobil" ilə ayrıca ayrı bir iş telefonu daşıma ehtiyacını ortadan qaldıran və internet olan hər yerdən şirkət içi ünsiyyətin davam edilməsini təmin edən "Karel Mobil" proqramı artıq "AppleStore"-da mövcuddur.
Digər məhsul qrupumuz Görüntülü Əlaqə və Təhlükəsizlik Sistemləridir. Təhlükəsizlik ehtiyacının sürətlə artdığı bir mühitdə «Karel» bu təhlükəsizlik sistemləri həllərini, ətraflı işlərlə və bazarın ehtiyaclarına uyğun olaraq seçilən qlobal markalarla edilən işbirliklərilə inkişaf etdirir. Bu məhsul qrupunda "CCTV", Oğurluğa qarşı "Alarm" sistemləri, "Bina Danışıq" sistemləri çözümləri yer almaqdadır.
"CCTV" məhsullarımızla sürətlə artan təhlükəsizlik ehtiyacının, işlətmələri daha yaradıcı və daha iqtisadi, ancaq texnologiyadan və keyfiyyətdən geri qalmayan həllərə doğru irəlilədiyi bir dövrdə hər növdə ehtiyacı qarşılayacaq yüksək texnologiyaya sahib məhsullar ilə bazarda əhəmiyyətli oyunçulardan biri olmağı planlaşdırırıq.
Oğurluğa qarşı "Alarm" sistemləri üçün naqilli, naqilsiz, inteqrasiya və ətraf vahidləri ilə istifadəçilərə ən uyğun məhsulları təqdim edirik.
"Bina Danışıq" sistemləri inteqrasiya qabiliyyətimizi göstərdiyimiz bir məhsul qrupudur. İP və analoq stansiyalar ilə tam inteqrasiyalı şəkildə çalışa bilən bina danışma sistemləri sayəsində ev/ofislər arasında və internetin olduğu hər nöqtə ilə pulsuz səsli və görüntülü danışma imkanı təqdim edirik, ayrıca "CCTV" inteqrasiyası ilə "softphone" və "videophone" üzərindən kamera görüntülərinin izlənməsi və ikitərəfli səs ünsiyyəti mümkün olur.
«Karel»in Azərbaycandakı keçmişi və fəaliyyətləri haqqında məlumat verə bilərsinizmi?
-«Karel» üçün qardaş Azərbaycanın özəl bir yeri və əhəmiyyəti var. Bizlər aeroportda endiyimiz ilk gündən burada özümüzü öz evimizdəki kimi hiss edirik. Eyni dil, eyni din, eyni mədəniyyət bizim burada işləməyimizi çox asanlaşdırır, ölkələrimiz arasındakı ən üst səviyyədəki yaxşı münasibətləri də nəzərə alanda təbii olaraq biz Azərbaycandakı fəaliyyətimizi digər bütün ölkələrə görə daha prioritet olaraq görürük. Təsadüf deyildir ki, «Karel»in xaricdəki ilk filialı Azərbaycanda açılmışdı.
Azərbaycan fəaliyyətlərimizin keçmiş 10 ilinə baxdığımızda təqdirəlayiq bir çox layihədə «Karel»in yer aldığını söyləməkdən sevinc duyuruq. Məsələn, MDB ölkələrində ilk dəfə olmaqla xüsusi bir layihə ilə rayon mərkəzi ATSK-ların bir hissəsini ləğv edərək, rayon mərkəzi və kəndlərdəki köhnə ATSK və ATSK-U stansiyalarla "Bakı toll" stansiya arasında körpü vəzifəsini icra edən EATS layihəsini bunlar arasında saymaq olar. Bu layihə nəticəsində şəhərlər və kəndlər «Karel» stansiyalarından istifadə edərək beynəlxalq çıxışlarda rəqəmsal yığımlara başladı.
Çox səmərəli nəticələr verən bu layihə 28 rayon mərkəzində tətbiq olundu və Rabitə Nazirliyi Texniki Şurası tərəfindən yüksək qiymətləndirilərək mükafatlandırıldı. 2004-cü il oktyabr ayında həyata keçirilən Zaqatala rayonu kənd telekommunikasiya şəbəkəsinin kompleks rekonstruksiyası da bir başqa qabaqcıl layihə olmuşdu. Bu layihə də prezident seçkiləri öncəsi çox qısa müddət ərzində müvəffəqiyyətlə başa çatdırıldı.
Sözügedən bu layihələrin qazandığı uğurlar və əldə olunan təcrübələrlə sonrakı illərdə başqa rayonlarda da kompleks rekonstruksiya layihələrini həyata keçirdik. Ayrıca ucqar dağlıq bölgələrdə olan 100-dən çox kənd üçün qurulan stansiyalar ilə peyk üzərindən xəbərləşmə fürsəti təqdim olundu, rəqəmsal texnologiyanın təqdim etdiyi xidmətlərdən üst səviyyədə istifadə etmək imkanı yaradıldı.
Bildiyiniz kimi, hörmətli cənab Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı çərçivəsində "Elektron Azərbaycan" layihəsi cənab nazir Əli Abbasovun böyük diqqəti ilə 2010-cu ildə tam başa çatdırıldı. «Karel» bu layihə çərçivəsində də öhdəliyinə götürdüyü işləri vaxtında uğurla başa çatdırmış olmaqdan qürur duymaqdadır.
Bu fürsətdən istifadə edərək, məqsədyönümlü tədbirlərlə Azərbaycanın MDB ölkələrində ən birinci yeri tutmasına və dünyada bu sahədə ən sürətli irəliləyişlərin qeyd edilməsində əməyi keçən başda cənab nazir və məsul rəhbərlər olmaqla, bütün Azərbaycan rabitəçilərini təbrik etmək və şirkətimiz adından öz minnətdarlığımızı bildirmək istərdim. Bir millətin iki dövlətindən biri olan Azərbaycanın hər sahədəki inkişafı bizlərə qürur verməkdə, sevincimizi artırmaqdadır.
Bu gün etibarilə, "Aztelekom" İB, BTRİB və Naxçıvan MR şəbəkələrində «Karel» istehsalı olan 1000-dən çox EATS, 400 mindən çox port ilə Azərbaycan xalqına xidmət verməkdədir. Azərbaycanda EATS-lərin quraşdırılma və texniki dəstəyini yerli mühəndislər tərəfindən təşkil olunmuş "K-Telekom" MMC şirkəti vasitəsilə yerinə yetiririk.
Bir tərəfdən Azərbaycanın telekommunikasiya şəbəkəsi üzrə işlərimizə davam edərkən, digər tərəfdən də korporativ müştərilərə fokusumuzu artırırıq. Yuxarıda sözükeçən məhsul qruplarımızdan Azərbaycanda daha geniş olaraq istifadə edilməsi üçün son vaxtlarda yeni distribüterlərlə əməkdaşlıq etməyə başladıq.
Bunlardan ilki Azərbaycan texnologiya və İT sektorunun ən əhəmiyyətli şirkətlərindən biri olan "Bestcomp Group"; bu əməkdaşlıq ilə korporativ ünsiyyət çözümlərimizi, "Bestcomp"un yerli bilik toplusunu və təcrübələrini istifadə edərək bazara təqdim edirik. Geniş və rəqabətçi məhsul cərgəmizlə, xaricdə də effektiv olan xidmət keyfiyyətimizlə, satış və marketinq dəstəkləri ilə Azərbaycan korporativ bazarında bölgənin əhəmiyyətli oyunçularından biri olma yolunda əhəmiyyətli addımlarla irəliləyirik.
Görüntülü Əlaqə və Təhlükəsizlik Sistemləri məhsul qrupumuzda yerləşən "CCTV", Oğurluğa qarşı "Alarm" sistemləri, "Bina Danışıq" sistemləri üzrə əməkdaşlığa başladığımız distribüterimiz isə bu sahənin güclü şirkətlərindən olan "Gens Elektrik" şirkətidir. Bizim nailiyyətlərimiz çoxdur. Bunlar haqqında daha ətraflı "
http://www.karel.com.tr/" saytından məlumat almaq olar.
Sizlərə isə öz peşə fəaliyyətinizdə uğurlar arzulayıram. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin orqanı kimi "www. ictnews.az" xəbər portalına və "Rabitə dünyası" qəzetinə oxucularının sayının günü-gündən artmasını diləyirəm. Həqiqətən də İKT sahəsinə aid ayrıca bir mətbu orqanı kimi çeşid-çeşid bol xəbərləriniz var.