Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yardım almaq istəyənlər elektron xidmətlər vasitəsi ilə sənədlərini göndərə bilərlər


Aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı (ÜSY) almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://www.mlspp.gov.az/) istifadəyə verilən elektron xidmətlər vasitəsi ilə sənədlərini göndərə bilərlər. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Nazirlikdən bildirilib ki, sosial yardım hüququna orta aylıq gəliri (müraciətdən əvvəlki son 1 il ərzində) onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Sosial yardım aztəminatlı ailələrə  yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində fəaliyyət göstərən “Ünvanlı sosial yardım təyin edən komissiya”lar tərəfindən təyin olunur: “Ailənin orta aylıq gəliri hesablanan zaman rəsmi və qeyri-rəsmi mənbələrdən ailəyə daxil olan pul və natura formasında bütün gəlirlər nəzərə alınır və 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat məbləğində müəyyən edilmişdir.

Sosial yardımın məbləği  ailənin orta aylıq gəliri ilə  hər bir ailə üzvü  üçün  ehtiyac meyarının  məcmusu arasında  yaranan fərq  məbləğində hesablanır. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Təyinat müddəti bitdikdən sonra  aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir”.
    
HƏQİQƏT





08/09/12    Çap et