Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Çin Xalq Respublikasında səfərdədir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dünya İqtisadi Forumunun direktoru Borge Brendenin dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir. Səfər cari ilin 10-13 sentyabr tarixlərində Çin Xalq Respublikasının Tiancin şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində Azərbaycanı təmsil etmək məqsədi daşıyır.
Yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq kimi məsələləri gündəmə gətirəcək sammitdə İKT-nin inkişafı, innovativ texnologiyaların iqtisadi inkişafa təsiri, eləcə də bu sahələrdə hökumətin rolu kimi mövzuların müzakirəsi də nəzərdə tutulur.
Sözügedən tədbirdə iştirak son illər Azərbaycanda əldə olunmuş nailiyyətlərin təbliği, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələrin dəstəklənməsinə və reallaşdırılmasına da öz töhfəsini verəcək. Sammit həmçinin müxtəlif ölkələrin İKT üzrə tanınmış şirkətləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarını da genişləndirəcək.
10/09/12 Çap et