Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elastik akkumulyatorlar yaradılacaq


Portativ elektronika sürətli templə inkişaf edir. Koreyalı alimlər elastik akkumulyatorların təəccüb doğuracaq dərəcədə sadə və səmərəli istehsal texnikasını hazırlayıblar.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “LG” şirkətinin yeni texnologiyası litium-ion batareyalarını naqil şəklində yaratmağa imkan verir və onu qovşağa bağlamaq, hətta parçaya hörmək olar. Firmanın tədqiqat bürosu bu sahə üzrə hazırlama işlərinə hələ 1999-cu ildə başlayıb və “LG”  şirkətinin bu sahədəki 13 illik fəaliyyəti bazarda inqilab edə bilər.

“LG” bildirib ki, texnologiyanın kütləvi istehsala tətbiqi üzərində fəal surətdə işləyir. Beləliklə, artıq yaxın gələcəkdə əyilən batareyalardan istifadə reallığa çevriləcək. Artıq hazırda yüksək keyfiyyətli elastik ekranlar yaratmağa imkan verən texnologiyalar hazırlanıb.




EMİL





10/09/12    Çap et