Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da videooyun bazarının həcmi azalır
“NPD Group” şirkəti Amerikanın videooyun bazarında satış həcminin azalmasını qeyd edib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ABŞ-da 2012-ci ilin avqustunda konsollara təxminən 515,6 milyon dollar xərclənib. Bu göstərici 2011-ci illə müqayisədə 20 faiz azdır.
“Xbox 360” oyun konsolu 20 ay ardıcıl olaraq ən tələbatlı konsol olaraq qalır: avqustda bu qurğunun 193 min dəsti satılıb.
Aksesuarlara tələbat 7 faiz azalaraq 127,3 milyon dollar təşkil edib. İstehsalçılar oyunlardan 237,7 milyon dollar qazanıblar. Bu göstərici 2011-ci illə müqayisədə 9 faiz azdır.
EMİL
10/09/12 Çap et