Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformatika müəllimləri” qrupu sosial şəbəkədə “İnformatika” dərsliklərini müzakirə edir


“Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən Azərbaycanın “İnformatika müəllimləri” qrupu yeni dərs ili ərəfəsində “İnformatika” dərsliklərini internetdə müzakirəyə çıxarıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən qrup rəhbərliyindən bildirilib ki, hazırda sözügedən şəbəkədə “Bakı” nəşriyyatında Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayevanın həmmüəllifliyi ilə yeni kurikulum əsasında hazırlanmış 1 və 5-ci siniflər üçün “İnformatika” dərsliklərinin müzakirəsi davam edir: “Dərsliklərin PDF formatını sərbəst yükləmək imkanı olan müəllimlər bu kitabların çap variantlarını gözləmədən dərs başlayana kimi dərsliklərlə yaxından tanış olur, yeni mövzuların metodikası ilə bağlı fikirlərini bölüşürlər”.

Qeyd edək ki, 6 aydan artıq fəaliyyətə başlayan “İnformatika müəllimləri” qrupunun hazırda 600 nəfərə yaxın üzvü var. Qrupda informatika fənninin ən aktual problemlərinin, eləcə də tətbiqi nəzərdə tutulan yeniliklərin müzakirəsində müəllimlərlə yanaşı, İT sahəsində mütəxəssislər də iştirak edə bilərlər.



HƏQİQƏT





10/09/12    Çap et