Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Doktoranturaya qəbul planı təsdiq edilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və digər təşkilatlarında 2012-ci il üçün yüksəkixtisaslı kadr hazırlığı üzrə qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
 
Qəbul planına əsasən, ümumilikdə fəlsəfə doktoru hazırlığı üzrə 288 yer (158 əyani, 130 qiyabi), elmlər doktoru hazırlığı üzrə 110 yer (26 əyani, 84 qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 279 yer, elmlər doktoru hazırlığı üzrə isə 137 müəyyən olunub.
 
Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2012-ci il üçün dissertanturaya qəbul planına görə “Riyaziyyat” bölməsi kompyuter elmləri üzrə fəlsəfə doktoru hazırlığı üzrə 4, elmlər doktoru hazırlığı üzrə 2 yer ayrılıb.
 
Doktoranturaya qəbul planına görə “Texnika elmləri” bölməsi üzrə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə fəlsəfə doktoru hazırlığı üzrə 3 (1 əyani, 2 qiyabi), elmlər doktoru hazırlığı üzrə 6 yer (6 qiyabi), dissertanturaya qəbul planına görə fəlsəfə doktoru hazırlığı üzrə 3, elmlər doktoru hazırlığı üzrə 5 yer, “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə doktoranturaya qəbul planına görə fəlsəfə doktoru hazırlığı üzrə 2 yer (2 əyani) ayrılıb.
 
Qeyd edək ki, doktoranturaya sənəd qəbulu elan dərc edildiyi gündən etibarən oktyabrın 1-dək davam edəcək. Doktoranturaya qəbul imtahanları isə oktyabr ayının 10-dan başlayacaq.





10/09/12    Çap et