Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan-Niderland biznes forumunda İKT sektoru üzrə iş adamları iştirak edəcək


Sentyabrın 13-də Niderland Krallığının Baş nazirinin müavini, İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagenin ölkəmizə səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland biznes forumu keçiriləcək.

“ICTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Azərbaycan və Niderlandın informasiya-kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı, xidmət, enerji, memarlıq, infrastruktur, tikinti və mühəndislik, tullantıların idarə olunması və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcək. Biznes forum çərçivəsində bir sıra təqdimatlar keçiriləcək və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.




 
HƏQİQƏT





10/09/12    Çap et