Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da videooyun satışları 10% aşağı düşüb


2011-ci ilin iyun ayında ABŞ-da videooyun bazarında satışlar 10% aşağı düşüb. “The NPD Group”-un məlumatına görə, bütövlükdə "proqram təminatı" və "aparat" satışlarının həcmi 1,03 milyard dollar təşkil edib. Bu da keçən ildəki göstəricidən 10% aşağıdır. Oyun avadanlığı satışları keçən illə (2010-cu ilin iyun ayı - 401,7 milyon dollar; bu ilin iyun ayı - 366,6 milyon dollar) müqayisədə aşağı düşüb. Videooyunlar üçün aksessuar satışlarında 11% enmə qeydə alınıb.
Eyni mənbə tərəfindən verilmiş statistikaya əsasən, iyun ayının ən çox satılan oyunları “L.A. Noire и Duke Nukem Forever” olublar.


www.3dnews.ru




19/07/11    Çap et