Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Oktyabrda "ağıllı" kondisionerlər satışa çıxarılacaq


“Hitachi” şirkəti iş prosesini avtomatik optimallaşdıran 8 ədəd "ağıllı" kondisioner modeli təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, iqlim qurğusu videokamera ilə təchiz edilib. Görünüş bucağı 150 dərəcə, uzaqlıq 7 metr təşkil edir.

Qurğu təsviri təhlil edərək otaqdakı insanların sayını və fəallığını müəyyən edə bilər. Bundan əlavə, kondisionerlər hər bir insanın yerini, həmçinin daxil olanları və çıxanları qeydə alır.

"Ağıllı" iqlim qurğuları videokameradan əldə olunmuş informasiya əsasında hava axınının istiqamətini və intensivliyini, havanın temperaturunu tənzimləyir.Kondisionerlər satışa oktyabrda çıxarılacaq; onların qiyməti 2700- 4300 dollar arasında təşkil edəcək.




 
EMİL





10/09/12    Çap et