Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sensor idarəetməyə malik monoblok fərdi kompyuter istehsal edilib


“Hewlett-Packard” (HP) şirkəti “TouchSmart Envy 23” və “Envy 20” monoblok stolüstü fərdi kompyuterlərini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, yeniliklər “Intel Ivy Bridge” aparat platformasında hazırlanıb: 22 nanometr texnoloji proses üzrə hazırlanmış üçüncü nəsil “Core” prosessoru tətbiq edilib. Sərtgövdəli daşıyıcının quraşdırılması mümkündür.

Ekran 1920×1080 piksel (Full HD formatı) təsvir ölçüsünə malikdir; sensor idarəetmə dəstəklənir. Kompyuterlər optik qurğu, “TrueVision HD” veb-kamerası, çoxformatlı kardrider, həmçinin iki ədəd “USB 3.0” portu ilə təchiz edilib.

“TouchSmart Envy 23” və “Envy 20” modelləri satışa oktyabrın sonunda çıxarılacaq. Onların qiyməti müvafiq olaraq 1000 və 800 dollar təşkil edəcək. Hər iki model “Windows 8” əməliyyat sistemi ilə tədarük olunacaq.
 
EMİL





10/09/12    Çap et