Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telekanallara serial çəkilişi üçün yenidən pul ayrılacaq


Bu ay Azərbaycan telekanallarına serialların çəkilməsi ilə bağlı əlavə maliyyə vəsaiti ayrılacaq. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli çıxış edib.

Məlumat üçün bildirək ki, Şura ötən il ölkə prezidentinin serialların çəkilişi üçün ayırdığı 5 milyon manat vəsaitdən telekanalların hər birinin hesabına 300 min manat vəsait köçürüb.

N.Məhərrəmli bildirib ki, hələlik ayrılacaq vəsaitin miqdarı dəqiqləşməyib, lakin sözügedən vəsait əvvəlkindən artıq olacaq: «Hazırda bununla bağlı dəqiqləşdirilmələr aparılır. Çox güman ki, bu, əvvəlki vəsaitdən az olmayacaq. Biz əvvəldən də qeyd etmişdik ki, yerli serialların çəkilməsi üçün telekanallara dəstək davam edəcək”.




SEYMUR





10/09/12    Çap et