Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” ixtisarlara davam edir


“Hewlett-Packard” (HP) korporasiyası daha 2000 əməkdaşını işdən azad etməyi planlaşdırır. Qeyd edək ki, “HP” ötən ay 73 il ərzində ən böyük xalis zərərə məruz qaldığı haqqında bildirmişdi.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin Amerikanın birja tənzimçisi idarəsinə təqdim etdiyi rəsmi sənədə əsasən, 2014-cü ilin oktyabrınadək 29000 insan işdən azad ediləcək. Şirkət çıxarılanların sayının artması ilə bağlı heç bir izah vermir.Şirkətdən, həmçinin bildirilib ki, “HP” yenidənqurma proqramı çərçivəsində 3.7 milyard dollar xərcləyəcək.







 
EMİL





11/09/12    Çap et