Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə 620.1 milyon sayt və bloq fəaliyyət göstərir


"Netcraft" monitorinq şirkətinin məlumatına əsasən, 2012-ci il sentyabrın 1-də internetdə 620,1 milyon sayt və bloq fəaliyyət göstərib. Bu göstərici ötən ayla müqayisədə 8 milyon azdır. "Apache" proqram veb-serverinin ümumi bazası 58 faizədək  azalıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Google"-un xidmət göstərdiyi hostların sayı 1 milyon azalıb, "Microsoft" və "Nginx" isə bazalarını müvafiq olaraq 840 min və 1,5 milyon host artırıblar.








 
EMİL





11/09/12    Çap et