Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kodak” daha 1000 əməkdaşını işdən azad edəcək


Müflis olmuş "Eastman Kodak" əvvəl planlaşdırıldığından daha çox əməkdaşını işdən azad edəcək. Bu barədə şirkətin mətbuat xidməti bildirib. Bəyanata əsasən, şirkət daha 1000 əməkdaşını azad etməklə 330 milyon dollara qənaət etmiş olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bundan əvvəl "Kodak" şirkəti 2012-ci ilin əvvəlindən 2700 insan işdən azad etməyi planlaşdırır.

Qeyd edək ki, Amerika məhkəməsinin çıxartdığı qətnaməyə əsasən, "Kodak" şirkəti yenidənqurma prosesini 2013-cü il fevralın 15-dək başa çatdırmalıdır.




 
EMİL





11/09/12    Çap et