Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Saytların dil normalarına əməl etmə baxımından reytinqi açıqlanacaq


Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT Şurasının dəstəyi ilə bu gündən mətbuatın monitorinqinə başlayır. Qurumun mətbuat xidmətindən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, monitorinq bu ayın 17-nə qədər davam edəcək.

Dilçi alimlərin və mütəxəssislərin iştirakı ilə keçirilən monitorinqə aparıcı media qurumları və xəbər saytları cəlb edilib. Monitorinqin nəticələrinə əsasən Azərbaycan dil normalarına əməl etmə baxımından media qurumlarının reytinqi açıqlanacaq. Nəticələr sentyabrın 20-dən sonra elan olunacaq.








SEYMUR
 





11/09/12    Çap et